Samsung Galaxy S10da ön kamera ekranda olacaq VİDEO


Digərləri 12 Apr 2018 07:11:00 275 0

Samsung Galaxy S10da  ön kamera ekranda olacaq  VİDEO

"Samsung" şirkəti növbəti qabaqcıl "Galaxy S10" smartfonunda ön kameranı displey matrisasına quraşdırmağı planlaşdırır. Yenilik sayəsində şirkət ekranın işçi səthini genişləndirə biləcək. Bu barədə Cənubi Koreya KİV-i məlumat verib.   Son.az ICTnews-a istinadən bildirir ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, kamera ekran üstündə ənənəvi yerində quraşdırılmasa, bu, displeyin əhatə etdiyi yerin 97 faizini işçi səthinə çevirməyə imkan verəcək. Bundan əlavə, kamera ilə yanaşı, ekrana işıqlandırma və yaxınlaşma ötürücülərinin quraşdırılması nəzərdə tutulur.   Qeyd olunur ki, hazırda stabil fəaliyyət göstərməyən texnologiyanın üzərində tamamlama işləri aparılır.     Yeni "Samsung Galaxy S10" smartfonunun 2019-cu ilin fevralında satışa çıxarılacağı gözlənilir.