“Real” və “Bavariya” Çempionlar Liqasının yarımfinalına yüksəliblər


Digərləri 12 Apr 2018 01:22:53 263 0

“Real” və “Bavariya” Çempionlar Liqasının yarımfinalına yüksəliblər

UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin son oyunları keçirilib.

Bakı. UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin son oyunları keçirilib. Trend-in məlumatına görə, Madriddə “Real” İtaliya təmsilçisi “Yuventus”u qəbul edib. Oyunda ilk qol özünü çox gözlətməyib. İkinci dəqiqədə qonaqların hücumçusu Mario Mancukiç hesabı açıb. 25 dəqiqə sonra xorvatiyalı futbolçü bir daha fərqlənib – 0:2. Qonaq komanda bununla da kifayətlənməyib: oyunun 61-ci dəqiqəsində Blez Matyudi top fərqini 3-ə çatdırıb.