Məzahir Pənahov: "Prezident seçkiləri sakit şəkildə keçirilib"


Digərləri 12 Apr 2018 01:08:02 191 0

Məzahir Pənahov: "Prezident seçkiləri sakit şəkildə keçirilib"

Bütün proseslər qanunvericiliyə uyğun həyata keçirilib

"Azərbaycan keçirilən prezident seçkiləri sakit şəkildə keçirilib. Səsvermə standartlara cavab verən şəraitdə baş tutub. Heç bir xoşagəlməz hala yol verilməyib. Bu da ölkədə seçki mədəniyyətinin olmasının göstəricisidir".

"Report"un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

O, bildirib ki, bütün proseslər qanunvericiliyə uyğun həyata keçirilib.