Məzahir Pənahov: Seçkilərdə heç bir xoşagəlməz hala yol verilməyib


Digərləri 12 Apr 2018 01:11:00 270 0

Məzahir Pənahov: Seçkilərdə heç bir xoşagəlməz hala yol verilməyib

Seçkilərdə heç bir xoşagəlməz hala yol verilməyib.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda prezident seçkilərində səsvermə çox sakit şəraitdə həyata keçirilib və Azərbaycan seçicilərinin konstitusion hüquqlarını reallaşdırmaq üçün bütün standartlara cavab verib. Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə bildirib. O qeyd edib ki, seçkilərdə heç bir xoşagəlməz hala yol verilməyib. M.Pənahov vurğulayıb ki, qanunvericiliyin tələblərinə bir qayda olaraq tələb olunub. MSK sədri bildirib ki, seçkilər beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilib: "Təhükəsizlik də lazımi qaydada təmin olunub. Hesab edirəm ki, indiyə qədər çəkilən əziyyət öz nəticəsini verdi və seçkiyə aidiyyəti olan bütün tərəflər öz vəzifələrini layiqincə yerinə yetirdi”. Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib. Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin