Günün qoroskopu: romantik hisslər ertələnməlidir


Digərləri 12 Apr 2018 00:01:00 253 0

Günün qoroskopu: romantik hisslər ertələnməlidir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fayda ilə keçirə bilərsiniz. Konkret material nəticəyə yönəlmiş iş xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə maraqlanmayın.

Günün ikinci yarısında ünsiyyəti birgə fəaliyyət və ya əməkdaşlıqla məhdudlaşdırın. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar. İşgüzar toplantılara qatılın, problemləri həll edin. Yazışmalarda passivlik etməyin.

Axşam saatları ev işləri üçün sərfəlidir. Daşınmaz əmlak və ya torpaqla bağlı problemləri həll etmək olar.  

Buğa - daha yaxşı işləməlisiniz. İstirahət və əyləncə ilə bağlı fikirlərin zamanı deyil. Laqeyd olmasanız, süst davranmasanız, uğurlu gündür.

Tərəfdaşlarınızı diqqətlə dinləyin.

Günün ikinci yarısında yaxşı məsləhət və ya son vaxtlar sizi narahat edən suala cavab ala bilərsiniz. Fəaliyyət sahəsində yaranmış çətinlikləri çözmək üçün axşam saatlarınadək aktiv olun, şansları dəyərləndirin.

Şəxsi münasibətlərdəki situasiyanı müzakirə edin. Açıq söhbətdən yayınmayın. Müşkülün çözüm yolunu tapmaq olar. Mənasız təmaslara son qoyun, etikasız insanla vidalaşın.

İşgüzar əlaqələri, yazışmanı, danışıqları bərpa etmək olar.

Əkizlər - günün ilk yarısında perspektivləriniz pis deyil. Ciddi işlərə başlaya bilərsiniz. Qəfil problem yaranarsa, təlaşa qapılmayın. Bir qədər fəal olun, şəraitdən maraqlarınızın təminatı üçün istifadə edin.

Hadisələr indi formalaşma mərhələsindədir. Laqeyd mövqe tutmayın.

Günün ikinci yarısında işdə rəhbərliklə danışmaq, sizi əndişələndirən məsələni müzakirə etmək olar.

Fəaliyyətinizdə dəqiq olun. Təlimatlara və intizama riayət edin. Gözlənilməz xəbər yeni işə başlamağı qaçılmaz edir. Dəyişiklikləri optimal şəkildə dəyərləndirin.

Axşam saatlarına yaxın şəxsi münasibətlərdə gərginlik hiss olunarsa, durumu aydınlaşdırmaq üçün aqressiv addımlar atmayın.

Xərçəng - tərəfdaşlıq, kollektiv fəaliyyət xüsusi aktuallıq kəsb edəcək. Anlaşmalar və müqavilələr pis alınmayacaq. Münasibətlərdə ciddi olsanız, pozitiv nəticələr əldə edəcəksiniz.

Yaxın ətrafınızdakı insanlara işlərinizə kobud müdaxilə etməyə imkan verməyin.

Günün ikinci yarısında işlərinizin nəticəsindən bəhrələnməyi bacarın. Ünsiyyətdə quru rəsmiyyətçiliyə varmayın. Hadisələr sizinçün əlverişli məcrada inkişaf edir.

Kiçik problemlər emosiyalar burulğanı yarada bilər. Çalışdığınız insanlar tərs və inadkar mövqe tutublarsa, qapını çırpıb getməyin. Mümkün qədər çox məlumat əldə etməyə çalışın.

Axşam saatlarında alış-verişə yollanmaq olar.

Şir - günün ilk yarısı darıxdırıcı təsir bağışlaya bilər. Situasiyanın zahiri təzahürlərinə aldanmayın. Rutin işlərlə məşğul olun.

Yasaqları pozanda, qadağalara məhəl qoymayanda sonucları və fəsadları düşünün. Ənənəvi, sınanmış metodları avantüra ilə əvəzləməyin. Sərt tənqid və etirazlarla qarşılaşa bilərsiniz. Sizə qaydaları, təlimatları və habelə işlərin başa çatdırılması gərəkən vaxtı xatırladacaqlar.

Yeni ideylarınız dəstəklənməyəcək.

Səbrli olun. Ailə üzvlərinə təzyiq etməyin. Nə isə etmək istəyirsinizsə, yalnız öz qüvvənizə bel bağlayın.

Yaşamınızı çətinləşdirən imkanlardan faydalanın.

Qız - çətin olsa da, maraqlı gündür. Bir dəqiqə də vaxt itirməyin. Ciddi layihə ilə yanaşı, fərdi maraqlarınızın təminatı üçün əla gündür.

Əvvəllər yaranmış anlaşılmazlıqları asanlıqla çözmək olar. Maliyyə problemlərini müzakirə edin. Təmirə, tikintiyə başlamaq olar. Praktiki işlərin həlli ilə məşğul olun.