TürkPA: "Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil olunub"


Siyasət 11 Apr 2018 22:49:00 280 0

TürkPA: "Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil olunub"

Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransında Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) müşahidəçilər missiyasının üzvü, Türkiyə parlamentinin deputatı Haluk İpek deyib.

H.İpek bildirib: "Biz Bakıda, Sumqayıtda və Xırdalanda müşahidə apardıq və seçicilərlə görüşdük. Müşahidələrə əsasən seçicilərin yüksək fəallığını qeyd etmək istərdik. Seçkilərin gedişində şəffaflıq təmin olunmuşdu".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.