Gökçe iddialara cavab verdi: "Taleyimiz budur" FOTO
Digərləri 11 Apr 2018 22:22:00 295 0
Aktrisa Gökçe Bahadır "Ufak Tefek Cinayetler" serialındakı tərəf müqabili Mert Fıratla sevgili olmasına aydınlıq gətirib.
Son.az xəbər verir ki, aktrisanın sözlərinə görə, bu cür şayiələr onların münasibətlərinin pozulmasına səbəb olmayıb: "Mertlə dostluğumuz çox yaxşı davam edir. Bu xəbərlər üzündən aramıza məsafə qoymadıq. Yəqin ki, serialdakı tərəf müqabillərinin taleyi budur. Hamı baş rol qəhrəmanlarını bir-birinə yaraşdırır. Mertin sevgilisi Hande Doğandemir çəkilişə gəlir, onunla da danışırıq. Bu məhəbbət iddiaları bizim münasibətlərə təsir etmir". (publika.az)
Mənbə: milli.az