GUAM PA: "Prezident seçkiləri beynəlxalq öhdəliklər və demokratik seçki standartlarına uyğun keçirildi"


Siyasət 11 Apr 2018 22:12:00 260 0

GUAM PA: "Prezident seçkiləri beynəlxalq öhdəliklər və demokratik seçki standartlarına uyğun keçirildi"

Prezident seçkiləri beynəlxalq öhdəliklər və demokratik seçki standartlarına, eləcə də yerli qanunvericiliyə uyğun keçirildi.

Son.az Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransında GUAM Parlament Assambleyasının (PA) Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgi Mosidze deyib.

G.Mosidze bildirib: "Seçki prosesi ilə bağlı komissiyanın heç bir şikayəti yoxdur. Seçicilərin yüksək fəallığı müşahidə olunub. Seçki komissiyası çox dəqiq işləyib. Seçkilər azad və ədalətli qiymətləndirilə bilər".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.