İtaliyalı müşahidəçi: "Azərbaycan prezident seçkilərinə hazırlığın yüksək səviyyəsini nümayiş etdirib"


Siyasət 11 Apr 2018 22:00:00 278 0

İtaliyalı müşahidəçi: "Azərbaycan prezident seçkilərinə hazırlığın yüksək səviyyəsini nümayiş etdirib"

Azərbaycan prezident seçkilərinə hazırlığın yüksək səviyyəsini nümayiş etdirib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu prezident seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında İtaliya parlamentinin keçmiş deputatı Antonio Ratsi deyib.

A.Ratsi qeyd edib ki, İtaliyadan olan müşahidəçilər hər hansı bir pozuntularla qarşılaşmayıb, əksinə peşəkar səviyyədə təşkil olunmuş tədbirin şahidi olublar:

"Bu gün Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının ABŞ-ın "AJF & Associates Inc" təşkilatı ilə birgə məlumatlarını əldə etmişik. Məlumata əsasən, İlham Əliyev səs çoxluğu ilə qalib gəlib. Ümid edirəm ki, sabah mən cənab Əliyevi qələbə münasibətilə şəxsən təbrik edəcəyəm".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.