YAPın təşkilatçılığı ilə "İlhamla irəli" konsert proqramı keçirilib


Digərləri 11 Apr 2018 22:03:00 303 0

YAPın təşkilatçılığı ilə "İlhamla irəli" konsert proqramı keçirilib

Bu gün axşam saatlarında Bakıda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən "İlhamla irəli" adlı konsert proqramı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, konsert öncəsi çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bu gün keçirilən prezident seçkilərini Azərbaycan üçün tarixi gün adlandırıb.

A.Əlizadə xalqın doğru seçim etdiyini vurğulayaraq, Azərbaycanı irəlidə daha böyük uğur və inkişaf gözlədiyini diqqətə çatdırıb.

Sonra aparıcı müğənnilərin iştirakı ilə konsert proqramı təqdim olunub.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.