YAP sədrinin müavini: "Azərbaycan xalqı yenə düzgün seçim edib" - FOTO


Digərləri 11 Apr 2018 21:04:45 155 0

YAP sədrinin müavini: "Azərbaycan xalqı yenə düzgün seçim edib" - FOTO

Əli Əhmədov: "İlham Əliyevə səs verənlər Azərbaycandakı sabitliyə səs vermiş olurlar"

"Azərbaycanda keçirilən Prezident seçkilərində 4milyonadək seçici, yəni seçicilərin 74 faizdən çoxuiştirak edib".

“Report”un məlumatına görə, bunu Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndəsi, hakim Partiyanın sədr müavini - icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında deyib.

Ə.Əhmədov bildirib ki, "exit-poll"un nəticələrinə görə,İlham Əliyev 80 faiz səs toplayıb: "Bu da o deməkdir ki, İlham Əliyev qələbə qazanacaq".

O qeyd edib ki, Azərbaycan xalqı yenə düzgün seçib edib: "İlham Əliyevin Prezidentliyi dövründə ölkə ciddi inkişaf edib və qüdrəti artıb".

Ə.Əhmədov bildirib ki,İlham Əliyev ölkə üçün çox böyük xidmətlər göstərib: "İlham Əliyevə səs verənlərAzərbaycandakı sabitliyə səs vermiş olurlar. Növbəti 7 ilAzərbaycanda yeni inkişafın mərhələsi olacaq. Azərbaycan iqtisadiyyatı gücləndiriləcək və şaxələnəcək. Daha geniş dövlət proqramları işlənib hazırlanacaq. Dünya birliyində Azərbaycanın mövqeyi daha da güclənəcək".