Azərbaycanın ABŞdakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə keçirilir FOTO


Siyasət 11 Apr 2018 21:30:33 346 0

Azərbaycanın ABŞdakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə keçirilir  FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyində yaradılmış seçki məntəqəsində yerli vaxtla saat 08:00-da səsvermə başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, səfirlikdə Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində 31 saylı seçki məntəqəsi yaradılıb.

Səsvermənin yüksək səviyyədə təşkili məqsədilə səfirlik tərəfindən bütün lazımi hazırlıq işləri görülüb. ABŞ-da daimi yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan, 18 yaşı tamam olmuş və konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşları səsvermədə iştirak edəcəklər.

Səsvermə tam azad və şəffaf şəraitdə keçirilir. İndiyədək heç bir qanun pozuntusu aşkarlanmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.


Xəbərə aid fotolar