Azərbaycanda seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri açıqlandı


Siyasət 11 Apr 2018 21:33:00 270 0

Azərbaycanda seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri açıqlandı

Azərbaycanda prezident seçkilərində səsvermədə (səsvermə başlayan andan - saat 08:00-dan başa çatanadək, yəni saat 19:00-dək) ən aktiv və passiv seçki dairəsinin adı açıqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, seçicilərin aktiv olduğu seçki dairəsi Şərur-Sədərək seçki dairəsidir. Bu seçki dairəsidə 38 713 seçicidən 32 132 nəfəri (83%) səsvermədə iştirak edib.

O bildirib ki, passiv seçki dairəsi isə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Burada qeydiyyatda olan 40 068 seçicidən 24 646 nəfəri (61.51%) səsvermədə iştirak edib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.