AVCİYA: "Azərbaycanda prezidenti seçkiləri demokratik, şəffaf və ədalətli keçib"


Siyasət 11 Apr 2018 20:36:00 256 0

AVCİYA: "Azərbaycanda prezidenti seçkiləri demokratik, şəffaf və ədalətli keçib"

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 4 min müşahidəçi ilə Azərbaycanda prezident seçkilərinin monitorinqini təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, monitorinqin nəticəsinə əsasən, səsvermə prosesində hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb.

Qeyd olunur ki, səsvermə prosesi vaxtında, saat 19:00-da qanuna uyğun olaraq başa çatıb. Səslərin sayılması prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilib, müşahidəçilərin bu prosesi izləməsinə tam şərait yaradılıb.

Seçki günü ölkə üzrə seçici fəallığı yüksək olub.

AVCİYA aprelin 11-də Azərbaycan prezidenti seçkilərinin Azərbaycanın seçki qanunvericiliyinə uyğun olaraq demokratik, şəffaf və ədalətli keçdiyini bildirir.