"AJF & Associates Inc."iın keçirdiyi "exitpoll": Seçicilərin 85.57 faizi İlham Əliyev səs verib


Siyasət 11 Apr 2018 20:10:00 234 0

"AJF & Associates Inc."iın keçirdiyi "exitpoll": Seçicilərin 85.57 faizi İlham Əliyev səs verib

ABŞ-ın "AJF & Associates Inc." təşkilatı yerli tərəfdaş "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" ilə birgə Azərbaycanda prezident seçkilərində keçirdiyi "exit-poll"un nəticələrini açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, "exit-poll"un nəticələrinə əsasən, İlham Əliyev seçkilərdə 85.57 faiz səs toplayıb:

"Exit-poll"un nəticələrinə əsasən, seçicilərin 85.57 faizi İlham Əliyevə, 2.96 faizi Qüdrət Həsənquliyevə, 2.48 faizi Sərdar Məmmədova, 2.92 faiz Zahid Oruca, 1.76 faizi Hafiz Hacıyevə, 1.42 faizi Araz Əlizadəyə, 1.52 faiz isə Fərəc Quliyevə, 1.37 faizi isə Razi Nurullayevə səs verib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.