Britaniyalı müşahidəçilər: "Azərbaycanda səsvermə prosesi mükəmməl təşkil edilib" FOTO


Siyasət 11 Apr 2018 19:52:00 257 0

Britaniyalı müşahidəçilər: "Azərbaycanda səsvermə prosesi mükəmməl təşkil edilib"  FOTO

Apardığımız müşahidələrə əsasən deyə bilərəm ki, Azərbaycanda 11 aprel prezident seçkiləri yüksək səviyyədə təşkil olunub və səsvermə prosesində heç bir qayda pozuntusu aşkarlamamışıq.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində jurnalistlərə bildirib.

D.Evans qeyd edib ki, müşahidəçilərimiz artıq bir sıra məntəqələrdə səsvermə prosesini izləyiblər və bir neçə məntəqəyə də baş çəkəcəklər. Müşahidələrimizə əsasən deyə bilərəm ki, seçki prosesi mükəmməl təşkil olunub.

"The London Post" qəzetinin baş redaktoru Şahid Əhməd Qureşi isə bildirib ki, seçki prosesi çox gözəl təşkil olunub. Seçici fəallığı yüksək idi, məntəqələrdə bütün qayda-qanuna əməl edilirdi. Ümumilikdə, deyə bilərəm ki, səsvermə prosesi çox yaxşı səviyyədə keçdi.


Xəbərə aid fotolar