Rusiya XİN Trampın sözlərinə reaksiya verdi


Dünya 11 Apr 2018 19:21:00 308 0

Rusiya XİN Trampın sözlərinə reaksiya verdi

Ağıllı raketlər bir neçə ildir öz ərazisində beynəlxalq terrorçuluqla mübarizə aparan qanuni hökumətə deyil, terrorçular tərəfə uçmalıdır.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Facebook" səhifəsində yazıb.

"Bəs, görəsən, Kimyəvi Sİlahların Qadağan Olunması Təşkilatının müfəttişlərini xəbərdar ediblərmi ki, indi ağıllı raketlər kimyəvi silahın tətbiq olunduğuna dair yerdəki bütün sübutları məhv edəcək? Bəlkə bütün düşüncə elə ondan ibarətdir ki, provokasiyanın bütün izlərini ağıllı raket zərbələri ilə silsinlər və beynəlxalq müfəttişlərin sübut qismində nəsə axtarmasına ehtiyac qalmasın?" - deyə M. Zaxarova bildirib.