Messidən türk futbolçuya laqeyd münasibət


İdman 11 Apr 2018 19:24:00 300 0

Messidən türk futbolçuya laqeyd münasibət

"Roma" və "Barcelona" komandaları arasında keçirilmiş futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra maraqlı hadisə baş verib. Goal.az xəbər verir ki, "Barcelona"nın hücumçusu Lionel Messi "Roma"nın türkiyəli yarımmüdafiəçisi Cengiz Ünderə laqeyd münasibət göstərib. 

Messi Cengizlə miks-zonada üz-üzə gəlib. Ünder salamlaşmaq üçün bir müddət argentinalı forvardın üzünə baxsa da, məşhur futbolçu özünü görməzliyə vuraraq, başını aşağı salıb və stadionu tərk edib. 1/4 final mərhələsinin ilk matçında "Barselona"ya 1:4 hesabı ilə məğlub olan "Roma" cavab qarşılaşmasında 3:0 hesabı ilə qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.