Məşhurların əsl bədən ölçüləri neçədir?


Şou-biznes 11 Apr 2018 19:15:00 302 0

Məşhurların əsl bədən ölçüləri neçədir?

Şou-biznes nümayəndələri bu dəfə çəkilərindən danışıblar. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, "Xəzər maqazin" tanınmışlara bununla bağlı sual ünvanlayıb. 

Sevda Yahyayeva: "Bilmirəm nə qədərəm. Bədən ölçülərim boyuma və çəkimə uyğundur. Kökəlməyə çox meyilliyəm. Çəkim 56, boyum 165-dir. 3 kiloqramı üç ildir ata bilmirəm".

Telli Borçalı: "46 razmer paltar geyinirəm, bu da məndə kompleks yaratmır".

Fatimə Fətəliyeva: "Hər zaman qaçgaqaçdayam. Amma dadlı yeməkləri xoşlayıram. İndi kökəlmişəm. İndi 92-70-100 ölçüdəyəm".

Natavan Həbibi: "Toydan əvvəl arıqlamağa başlamışdı. Sonra öz-özünə bu proses baş verir. Rahatam, ürəyim nə istəyir geyinirəm. Çoxlu su içirəm və yemirəm. XS ölçüsünə çatmışam".