“Euronews” Azərbaycandakı prezident seçkiləri ilə bağlı reportaj yayımlayıb


Siyasət 11 Apr 2018 19:07:00 239 0

“Euronews” Azərbaycandakı prezident seçkiləri ilə bağlı reportaj yayımlayıb

"Euronews" kanalı Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı reportaj yayımlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, reportajda Azərbaycanda prezidentliyə 8 namizədin qeydə alındığı vurğulanır. Bildirilir ki, ölkə üzrə seçicilərin sayı 5 milyondan çoxdur.

Videoreportajda Azərbaycandakı seçkilərin həm ölkə, həm də region üçün əhəmiyyətindən bəhs olunur.

Qeyd edək ki, Azərbaycandakı prezident seçkilərini müşahidə etmək üçün dünyanın aparıcı KİV-ləri də daxil olmaqla, 120-yə yaxın jurnalist ölkəmizdə səfərdədir. Onlar arasında "The Washington Times", "The Hill", "The Jerusalem Post", "The Tames of İsrael", "Daily Caller", "Muslim World Today", "The Algemainer", "İndependent Journal Review", "RAİ" TV, "New Europe", "Al Jaazeera", ORT, RTR, Rossiya Seqodnya, Daily Times, TRT World və digər KİV-lərin nümayəndələri var.