"Barcelona" potensial 15 milyon avrodan məhrum olub


İdman 11 Apr 2018 18:56:00 293 0

"Barcelona" potensial 15 milyon avrodan məhrum olub

Çempionlar Liqasının 1/4 finalında "Roma"ya məğlub olaraq mübarizəni dayandran "Barcelona" maliyyə baxımından da ziyana düşüb. Goal.az xəbər verir ki, katalonlar 15 milyon avrodan məhrum olub. Klubun titul sponsoru "Rakuten" Çempionlar Liqasında qələbəyə görə "Barca"ya 5 milyon avro vəd edibmiş. Bundan başqa UEFA yarımfinala vəsiqə üçün 7.5 milyon avro ödəməli idi. Bunun üstünə finala potensial vəsiqə və ev oyunlarına bilet satışından əladə olunan gəlir də əlavə olunur.