Lənkəranda yol qəzası:


Digərləri 11 Apr 2018 18:48:00 210 0

Lənkəranda yol qəzası:

Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, nəticədə biri yüngül olmaqla, iki nəfər xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyəti yüngül olduğundan evə buraxılıb. Şirinsu qəsəbə sakini, 1992-ci ilə təvəllüdlü Seymur Cavad oğlu Müslümzadənin müalicəsi isə xəstəxanada davam etdirilir.  

Faktla bağlı araşdırma aparılır. 

Son.az