İordaniyanın “Petra” agentliyi Azərbaycanda keçirilən prezident seçkilərindən yazıb


Siyasət 11 Apr 2018 18:36:43 269 0

İordaniyanın “Petra” agentliyi Azərbaycanda keçirilən prezident seçkilərindən yazıb

Aprelin 11-də İordaniyanın "Petra" Dövlət Xəbərlər Agentliyi Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair geniş məlumat dərc edib.

Son.az xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məlumatda ölkəmizdə keçirilən prezident seçkiləri yerli və beynəlxalq təşkilatların, dünyanın müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən izləndiyi, Azərbaycan xalqının iradəsini əks etdirdiyi, demokratik, şəffaf və ədalətli şəkildə keçirildiyi ifadə olunur. Azərbaycanda seçki qanunvericiliyinin demokratik prinsiplərə əsaslandığı barədə məlumat verən müəllif hazırkı seçkilərin veb-kameralar və internet vasitəsilə də izləndiyini qeyd edir.

Sonda müəllif Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi barədə məlumat verir.


Xəbərə aid foto