Azərbaycanda keçirilən prezident seçkiləri Türkiyə KİVlərində geniş işıqlandırılır FOTO


Siyasət 11 Apr 2018 18:10:14 189 0

Azərbaycanda keçirilən prezident seçkiləri Türkiyə KİVlərində geniş işıqlandırılır  FOTO

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri Türkiyə KİV-ləri tərəfindən geniş işıqlandırılmaqdadır.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Anadolu agentliyi, çoxtirajlı "Millət", "Sabah" və digər qəzetlər, habelə ölkənin televiziya kanalları və xəbər portalları seçkilərin yüksək səviyyədə təşkil olunduğunu, səsvermənin azad və demokratik şəkildə, seçicilərin fəallığı şəraitində keçdiyini vurğulayırlar.

Türkiyə mediasında yayılan xəbərlərdə seçkiləri izləyən beynəlxalq müşahidəçilərin seçki prosesi və səsvermənin gedişi barədə çoxsaylı müsbət fikirlərinə də yer ayrılır.


Xəbərə aid fotolar