Səs verənlərin sayı böyük sürətlə artır


Siyasət 11 Apr 2018 18:13:00 201 0

Səs verənlərin sayı böyük sürətlə artır

19 saylı Nərimanov birinci seçki dairəsinin əhatə etdiyi bütün seçki məntəqələrində coşqunluq müşahidə olunur.

Son.az xəbər verir ki, dairə seçki komissiyasının sədri Etibar Abdullayevin AZƏRTAC-a verdiyi məlumata görə, saat 17:00-dək səsvermədə 28 min 34 (61,64 faiz) seçici iştirak edib.

Dairə seçki komissiyasının tərkibindəki 35 seçki məntəqəsi bütün zəruri avadanlıqla təmin edilib. Beynəlxalq və yerli müşahidəçilər məntəqə seçki komissiyalarında seçki prosesinin gedişini izləyirlər.