Strootman: "Əsas məqsədimiz finala vəsiqə qazanmaqdır"


İdman 11 Apr 2018 18:17:00 272 0

Strootman: "Əsas məqsədimiz finala vəsiqə qazanmaqdır"

"Roma"nın Çempionlar Liqasında "Barcelona"nı məğlub etməsi böyük əks-səda doğurub. Goal.az xəbər verir ki, matçdan sonra "canavarlar"ın yarımmüdafiəçisi Kevin Strootman bunları deyib:

"Bu cür güclü rəqibə qarşı oynamağın çətinliyini başa düşürdük. Amma var gücümüzlə oynadıq. Stadionu tam dolduran azarkeşlərə təşəkkürümü bildirirəm. Onları küçədə gördüm, inanılmaz idilər. Uğura birinci qoldan sonra daha çox inanmağa başladıq. Dzekonun qolu bizim üçün xüsusi oldu, ideal oyun keçirdik. Yarımfinala layiqli komanda çıxdı. Səfərdəki məğlubiyyətdən sonra növbəti mərhələyə çıxmaq ağır idi. Amma "Camp Nou"da daha artığına layiq idik. Yarımfinalda kimlə qarşılaşacağımız önəmli deyil. Bütün mümkün rəqiblər güclüdür. İndi əsas məqsədimiz finala vəsiqə qazanmaqdır".