Fransada yaradılan seçki məntəqəsində səsvermənin şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur


Siyasət 11 Apr 2018 18:08:00 259 0

Fransada yaradılan seçki məntəqəsində səsvermənin şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur

Aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezidenti seçkiləri ölkəmiz, xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın sabitliyi və inkişafı baxımından bu seçkilər çox vacibdir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri səfir Rəhman Mustafayev jurnalistlərə müsahibəsində bildirib. Qeyd edib ki, səfirliyin mədəniyyət mərkəzində təşkil olunmuş seçki məntəqəsi lazımi avadanlıq və vəsaitlərlə təmin olunub, şəffaf və ədalətli seçki üçün tam şərait yaradılıb.

"Fransada iş günü olmasına baxmayaraq, soydaşlarımız səsvermə prosesində fəalliq göstərirlər. Həmvətənlərimiz səsvermədə iştirak etmək üçün Fransanın 15 əyalətindən gəlirlər. İnanırıq ki, 11 aprel prezident seçkiləri uğurla keçəcək", - deyə səfir R. Mustafayev vurğulayıb.