Azərbaycan Ordusunun şəxsi heyəti səsvermədə iştirak edir FOTO


Siyasət 11 Apr 2018 17:57:00 208 0

Azərbaycan Ordusunun şəxsi heyəti səsvermədə iştirak edir  FOTO

Azərbaycan Prezidenti seçkilərinin səsverməsində Azərbaycan Ordusunun şəxsi heyətinin iştirakının təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində aprelin 11-də səhər saatlarından səsvermə prosesi başlayıb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, seçkilərin yüksək səviyyədə keçirilməsi və şəffaflığın təmin edilməsi üçün hərbi hissələrin ərazilərində fəaliyyət göstərən məntəqələrdə zəruri tədbirlər görülüb, qanunvericilik və seçki məcəlləsinin tələbləri tam yerinə yetirilib.

Çətin dağlıq ərazilərdə düşmənlə təmas xəttində yerləşən bölmələrdə döyüş növbəsində olan seçicilərin səsvermədə iştirakının təmin edilməsi üçün daşınan seçki qutularından istifadə olunur.


Xəbərə aid fotolar