İspaniyada yaşayan ən yaşlı Azərbaycan vətəndaşı ilk səs verənlər sırasında olub FOTO


Siyasət 11 Apr 2018 17:40:47 231 0

İspaniyada yaşayan ən yaşlı Azərbaycan vətəndaşı ilk səs verənlər sırasında olub  FOTO

Azərbaycanın İspaniyadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə seçici fəallığı ilə davam edir. Səfirliyin binasında yerləşən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 34 saylı məntəqəsində seçicilərin sərbəst şəkildə səs vermələri üçün lazımi şərait yaradılıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, İspaniyada yaşayan ən yaşlı vətəndaşımız - 87 yaşlı Gülbacı Axundova ilk səs verənlərdən biri olub.

Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər müvafiq qanunvericilik aktlarına uyğun aparılan səsvermə yüksək seçici fəallığı ilə fərqlənir.

Səsvermədə İspaniyanın 17 bölgəsində daimi və müvəqqəti yaşayan, həmçinin təhsil alan və qısamüddətli səfərdə olan həmvətənlərimiz fəal iştirak edirlər.

 Son.az


Xəbərə aid fotolar