Yerevanda mitinq təbliğatı aparan tələbələrə hücum etdilər


Dünya 11 Apr 2018 17:47:00 254 0

Yerevanda mitinq təbliğatı aparan tələbələrə hücum etdilər

Yerevan Dövlət Universitetinin Mühafizə Xidmətinin əməkdaşları aprelin 13-də keçiriləcək mitinqə çağırış vərəqələri yayan tələbələrin üzərinə hücum edib.

Son.az report-a istinadən xəbər verir ki, tələbələr hadisə ilə bağlı hüquq müdafiəçilərinə müraciət ediblər.

Universitet Administrasiyasının rəhbəri Alik Qaribyan tələbələrin üstünə qışqıraraq deyib: "Siz, burada siyasi vərəqələr paylayırsız? Biz buna imkan verməyəcəyik".