TÜRKPA missiyasının rəhbəri: "Seçicilərin yüksək fəallığı müşahidə olunur"


Digərləri 11 Apr 2018 17:16:32 163 0

TÜRKPA missiyasının rəhbəri: "Seçicilərin yüksək fəallığı müşahidə olunur"

Haluk İpək: "Seçkilər çox sakit ab-havada keçirilir"

"Azərbaycanda prezident seçkilərində yüksək seçici fəallığı müşahidə olunur".

Bunu "Report"a Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidə missiyasının rəhbəri, Türkiyə parlamentinin deputatı Haluk İpək deyib.

"Bu, xüsusilə səhər saatlarında gənclər arasında müşahidə olundu. Bir neçə məntəqəyə gedərkən artıq seçici fəallığı Bakıda 30%, Sumqayıtda isə təxminən 60% təşkil edirdi", - o qeyd edib.

"Bakı və Sumqayıtda seçki prosesini izlədik. Deyə bilərəm ki, seçkilər çox sakit şəraitdə keçirilir", - H.İpək deyib.

O qeyd edib ki, müşahidə zamanı heç bir pozuntuya rast gəlinməyib.