Türkiyə MSK-nın sədri: "Azərbaycanda seçkilər çox şəffaf keçirilir"


Digərləri 11 Apr 2018 17:00:28 157 0

Türkiyə MSK-nın sədri: "Azərbaycanda seçkilər çox şəffaf keçirilir"

Sədi Güvən: "Azərbaycanlı həmkarlarımız seçicilər üçün bütün lazımi şəraiti yaradıb"

"Azərbaycanda seçkilər çox şəffaf keçirilir".

Bunu "Report"a Türkiyə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Sədi Güven deyib.

"Azərbaycan bizim üçün qardaş ölkədir. Və biz bu seçkilərə Azərbaycan tərəfinin dəvəti ilə gəlmişik. Azərbaycanlı həmkarlarımızseçicilər üçün bütün lazımi şəraiti yaradıb. Seçici fəallığı yüksəkdir", - S.Güvən bildirib.

Türkiyə MSK-nın sədri qeyd edib ki, seçkilər zamanı bütün demokratik prinsiplərə əməl edilib. Onun sözlərinə görə, Türkiyədə Azərbaycan xalqı üçün seşkilərin müsbət nəticələr verəcəyinə inanırlar.