Ukrayna Ali Radasının deputatı: "GUAM nümayəndə heyəti Azərbaycandakı seçkilərdə heç bir pozuntu qeydə almayıb"


Digərləri 11 Apr 2018 16:47:58 168 0

Ukrayna Ali Radasının deputatı: "GUAM nümayəndə heyəti Azərbaycandakı seçkilərdə heç bir pozuntu qeydə almayıb"

"Seçki prosesini yüksək qiymətləndiririk"

"Azərbaycanda keçirilən Prezident seçkilərinin müşahidəsi zamanı GUAM-ın nümayəndə heyəti qanunvericiliyin pozulmasına dair hallar qeydə almayıb".

Bunu "Report"a GUAM-ın (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Azərbaycandakı Prezident seçkiləri üzrə müşahidə missiyasının nümayəndəsi, Ukraynanın Ali Radasının deputatı Oleq Medunitsa deyib.

"Nümayəndə heyətimiz sükut günündə gəldi. Heç bir təşviqat forması görmədik, bütün təşviqat plakatları və afişaları yığışdırılmışdı. Sükut günü sakit keçdi", - O.Medunitsa bildirib.

Onun sözlərinə görə, bu gün missiya həm Bakıda, həm də paytaxtdan kənarda bir sıra seçki məntəqələrinə baş çəkib: "Hazırda Sumqayıtdayıq. Müşahidə zamanı qanunvericiliyin pozulmasına dair heç bir hal qeydə alınmayıb".

O, GUAM-ın nümayəndə heyətinin seçki məntəqələrində olanmüşahidəçilərlə, o cümlədən müxalifətdən olan bir sıra müşahidəçilərlə ünsiyyət qurduqlarını bildirib: "Onlardan heç biri Azərbaycan xalqının iradəsini saxtalaşdırmaq üçün müəyyən proseslərin olduğuna dair şikayət etməyiblər.

"Seçki prosesini yüksək qiymətləndiririk", - deyə Ukrayna Radasının deputatı vurğulayıb.