Ermənistan parlamentində qalmaqallı aksiya


Dünya 11 Apr 2018 16:30:00 275 0

Ermənistan parlamentində qalmaqallı aksiya

Ermənistan parlamentinin "Çıxış" partiyasının üzvü parlament iclası zamanı özünəməxsus aksiya keçirib.

Son.az avropa.info-ya istinadən xəbər verir ki, tribunaya çıxan "Çıxış" blokunun deputatı Ararat Mirzoyan fişəng yandıraraq Ermənistan vətəndaşlarına səslənib:

"Ermənistanın azad vətəndaşları, Serj Sarkisyanın hakimiyyətdə üçüncü dəfə qalmaq müddətinin qarşısını almağımız, Respublika partiyasının hakimiyyətinə son qoymaq üçün məqam yaranıb. Bunun üçün 13 apreldə 18:30-da azadlıq məşəlini yandıracağımız "Azadlıq" meydanına çıxmaq lazımdır".

Çıxışından həmən sonra o, cibindən tüstü şaşkasını çıxaraq onları yandırıb. Ona "Çıxış" partiyasının digər deputatı Lena Nazaryan qoşulub. O, da tüstü şaşkalarını yandırıb. Palamentini binasını tüstü basıb.


Xəbərə aid fotolar