"33 saylı Xətai birinci seçki dairəsində seçkilər şəffaf şəkildə davam edir"


Siyasət 11 Apr 2018 16:19:00 249 0

"33 saylı Xətai birinci seçki dairəsində seçkilər şəffaf şəkildə davam edir"

33 saylı Xətai birinci seçki dairəsinin seçki məntəqələrində səsvermə yüksək fəallıqla davam edir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dairə seçki komissiyasının sədri Əlibaba Bayramov seçki dairəsində olan 39 seçki məntəqəsinin bütün zəruri texniki avadanlıqla təmin edildiyini bildirib. Qeyd edib ki, məntəqələrdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. İndiyədək dairə üzrə 718 yerli müşahidəçi qeydə alınıb. Həmçinin ikisi ATƏT-i təmsil etməklə üç xarici müşahidəçi qeydiyyatdan keçib. Seçki dairəsinin 10 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Dairə seçki komissiyasında 47 min 593 seçici qeydiyyatdadır. Onlardan 403-ü ilk dəfə səs verən gənclərdir. Ən yaşlı seçicinin 108 yaşı var.

Ə.Bayramov deyib ki, saat 15-ə olan məlumata görə, 26 min 352 seçici səsvermə hüququndan istifadə edib. Bu da dairə üzrə seçicilərin 54,3 faizini təşkil edir.

Məntəqə seçki komissiyalarında beynəlxalq və yerli müşahidəçilər seçki prosesinin gedişini izləyirlər.