18 saylı NərimanovNizami seçki dairəsi üzrə seçicilərin artıq 78 faizi səs verib FOTO


Digərləri 11 Apr 2018 16:10:00 324 0

18 saylı NərimanovNizami seçki dairəsi üzrə seçicilərin artıq 78 faizi səs verib  FOTO

Saat 15.00-dək 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə 30 min 815 seçici (78,85) səs verib.

Son.az xəbər verir ki, bu barədə AZƏRTAC-a 18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasının sədri İslam Muradov məlumat verib. O bildirib ki, dairənin əhatə etdiyi seçki məntəqələrində yüksək fəallıq müşahidə olunur. Nərimanov rayon sakinləri seçkilərdə mütəşəkkil iştirak edərək istədikləri namizədə səs verirlər. Yerli və beynəlxalq müşahidəçilər səsverməni izləyirlər. Bu saatadək heç bir qanun pozuntusu barədə məlumat və ya şikayət daxil olmayıb. Məntəqələrdə seçki prosedurlarına ciddi əməl edilir.


Xəbərə aid fotolar