Cəzaçəkmə müəssisəsində səsvermə davam edir FOTO


Digərləri 11 Apr 2018 15:36:00 286 0

Cəzaçəkmə müəssisəsində səsvermə davam edir  FOTO

17 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən 14 saylı Xəzər seçki dairəsinin 38 saylı seçki məntəqəsində səsvermə davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, saat 12:00-a qədər bu məntəqədə 630 nəfər səs verib.

Ümumilikdə 38 saylı seçki məntəqəsində 971 seçici qeydiyyatdadır. Onlardan 807-si məhkum, 164-ü isə hərbi qulluqçudur.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.


Xəbərə aid fotolar