Çin vaxtı ilə saat 17:00dək Pekində 53 faiz seçici səsvermə hüququndan istifadə edib


Siyasət 11 Apr 2018 15:12:32 225 0

Çin vaxtı ilə saat 17:00dək Pekində 53 faiz seçici səsvermə hüququndan istifadə edib

Prezident seçkiləri ilə əlaqədar Çin Xalq Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla saat 17:00-dək adları seçici siyahısında olan vətəndaşların təxminən 53 faizi səsvermə hüququndan istifadə edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məntəqə seçki komissiyasından bildiriblər ki, heç bir qanun pozuntusu qeydə alınmayıb.