"Hazırlaş, Rusiya onlar gələcək!"


Dünya 11 Apr 2018 15:19:17 229 0

"Hazırlaş, Rusiya  onlar gələcək!"

ABŞ prezidenti Donald Tramp Suriyaya raket zərbələri endirələcəyini bəyan edib.

Son.az bildirir ki, o, "Suriyaya buraxılacaq raketlərə Moskva cavab verməyə hazırdır" kimi bəyanatla çıxış edən rusiyalı dövlət xadimlərinə və siyasətçilərə Twitter-dəki profilində cavab verib.

"Suriyaya buraxılacaq istənilən raketləri Rusiya vuracağını vəd edir. Hazırlaş, Rusiya - onlar gələcək! Onlar yaxşı, yeni və "ağıllı" olacaqlar! Vətəndaşlarını qətlə yetirən və bundan həzz alan qaz heyvanını, qatili dəstəkləməyə dəyməz".