Ukrayna Ali Radasının deputatı: "Seçkilərə hazırlıq yüksək səviyyədə həyata keçirilib"


Siyasət 11 Apr 2018 14:55:00 265 0

Ukrayna Ali Radasının deputatı: "Seçkilərə hazırlıq yüksək səviyyədə həyata keçirilib"

Azərbaycanda mövcud seçki qanunvericiliyinə müvafiq olaraq, seçkilərin demokratik keçirilməsi üçün hər bir şərait yaradılıb. Biz Azərbaycan prezidenti seçkiləri prosesini diqqətlə izləyirik. Seçkilər ərəfəsində biz xeyli insanla görüşüb söhbət etmişik. Bu faktı təsdiq etmək xoşdur ki, qanunun tələblərinə riayət edilməsinin şahidi olduq. Bu gün burada qarşımıza əsas yeganə məqsəd qoyduq: Azərbaycan dövləti tərəfindən vətəndaşların ölkənin siyasi həyatında iştirak etməklə bağlı konstitusion hüquqlarını reallaşdırmağa nə dərəcədə təminat verildiyini müəyyən etmək. Səhər tezdən bizim gördüklərimiz bir daha sübut edir ki, seçkilərə hazırlıq yüksək səviyyədə həyata keçirilib. Hesab edirəm ki, seçki məntəqələri bağlananadək proses bu səviyyədə də davam edəcək. Düşünürəm ki, Azərbaycan vətəndaşları düzgün seçim edəcəklər.

Son.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində 17 saylı Yasamal 3-cü seçki dairəsinin 26 saylı seçki məntəqəsində səsvermənin gedişini izləyən Ukrayna Ali Radasının VIII çağırışının xalq deputatı Maksim Kuryaçi bildirib.

O qeyd edib ki, Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında siyasi və iqtisadi sahələri də əhatə edən müsbət dinamika müşahidə olunur. Ukraynalı deputat sonda deyib: "Ukrayna strateji müttəfiqi olan Azərbaycanın ictimai-siyasi sabitliyində və iqtisadi gücünün artmasında maraqlıdır".