"Chelsea"nin yeni transfer hədəfi


İdman 11 Apr 2018 14:52:00 296 0

"Chelsea"nin yeni transfer hədəfi

Mövsümlərarası fasilədə yarımmüdafiə xəttini gücləndirmək fikrndə olan "Chelsea"nin yeni transfer hədəfi var. Goal.az xəbər verir ki, "zadəganlar" "Nice" klubunun futbolçusu Jan-Mişel Seri ilə maraqlanır. 26 yaşlı havbeki bir müddət öncə "Barcelona" və "Manchester City" də izləyirdi. 2015-ci ildən "Nice"nın şərəfini qoruyan futbolçunun transfer dəyəri 40 milyon avro göstərilir. Bu mövsüm Kot-d`İvuar millisinin üzvü Fransa Liqasında 25 oyuna çıxıb və 1 qol vurub.