Belçikalı azarkeşləri dünya çempionatı zamanı 5 polis müşaiyət edəcək


İdman 11 Apr 2018 14:36:00 347 0

Belçikalı azarkeşləri dünya çempionatı zamanı 5 polis müşaiyət edəcək

2018-ci il dünya çempionatı öncəsi bir sıra Avropa ölkələrinin narahatlığı davam edir. Goal.az xəbər verir ki, Belçika azarkeşləri müşaiyət etmək üçün 5 polis əməkdaşının xidmətindən yararlanacaq. Belçikanın Rusiyadakı səfiri Jan-Artur Rejibo 2 polisin Moskvada olacağını, 3-nün isə millinin oyunlarını keçirdiyi digər şəhərlərə yollanacağını qeyd edib. Qərbi avropalılar qrup mərhələsində İngiltərə, Tunis və Panama ilə qarşılaşacaq. Təhlükəsizlik işçiləri əsas diqqəti İngiltərə ilə Kalininqradda baş tutacaq oyuna yönəldəcək. Tunislə matç Moskva, Panama ilə qarşılaşma isə Krasnodarda keçiriləcək.