İosif Şaqal: "Seçkiöncəsi sükut günündə qaydalara tam əməl olundu"


Siyasət 11 Apr 2018 14:28:00 310 0

İosif Şaqal: "Seçkiöncəsi sükut günündə qaydalara tam əməl olundu"

Seçkilərdən öncəki günü müşahidə etdim. Heç bir yerdə seçkiqabağı plakatlara rast gəlmədim. Seçkiöncəsi sükut günündə qaydalara tam əməl olundu. İndi səsvermə prosesi də normal qaydada keçir. Müşahidə apardığımız seçki məntəqələrində heç bir pozuntuya rast gəlməmişik.

Son.az xəbər verir ki, bu sözləri aprelin 11-də 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı məntəqəsində səsvermə prosesini izləyən tanınmış jurnalist, İsrailin Belarusdakı keçmiş səfiri, Knessetin sabiq deputatı, beynəlxalq müşahidəçi İosif Şaqal AZƏRTAC-a müsahibəsində deyib.

Prezident seçkilərinə mükəmməl hazırlıq görüldüyünü vurğulayan İosif Şaqal gün ərzində daha bir neçə məntəqəyə baş çəkəcəyini bildirərək deyib: "Səsvermə prosesi qaydalara uyğun şəkildə davam edir. Biz müşahidəçilər də prosesi sərbəst surətdə izləyirik. Məntəqələrdə seçki qaydalarına uyğun şərait yaradılıb, şəffaflıq, məxfilik tam təmin edilir. Mən bu seçkiləri Azərbaycanda demokratiyanın daha bir uğuru hesab edirəm".