MDB PA-nın müşahidə missiyasının rəhbəri: "Prezident seçkilərində tam açıqlıq və şəffaflıq təmin olunub"


Digərləri 11 Apr 2018 14:13:10 171 0

MDB PA-nın müşahidə missiyasının rəhbəri: "Prezident seçkilərində tam açıqlıq və şəffaflıq təmin olunub"

İlyas Umaxanov: "Azərbaycan-MDB məkanında ən dinamik inkişaf edən ölkələrindən biridir"

"Azərbaycanda keçirilən seçkilər bir çoxları üçün nümunə sayıla bilər".

"Report" xəbər verir ki, bunu MDB Parlamentlərarası Assambleyasının Azərbaycanda keçirilən prezident seçkiləri üzrə müşahidə missiyasınınkoordinatoru, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov deyib.

Onun sözlərinə görə, seçki prosesi yaxşı təşkil olunub, həm seçicilər, həm də beynəlxalq müşahidəçilər üçün bütün şərait yaradılıb: "Azərbaycanda seçkilərdə tam açıqlıq və şəffaflıq təmin olunub. Biz açıq, ədalətli və demokratik seçkilərin yaxşı bir nümunəsinin şahidi oluruq".

İ.Umarxanov bildirib ki,Azərbaycan-MDB məkanında ən dinamik inkişaf edən ölkələrindən biridir: "Eyni zamanda,Azərbaycan və Rusiya arasında əlaqələr dinamik inkişaf edir".