Ataqarayev Dyusenbay: "Prezident seçkiləri qanunvericiliyə uyğun keçirilir"
Siyasət 11 Apr 2018 14:18:00 217 0
Prezident seçkilərində Tovuzda səsvermə prosesini izləyən beynəlxalq müşahidəçi seçki məntəqələrində qanun pozuntuları ilə rastlaşmadığını, prosesin demokratik, qanunvericiliyə uyğun keçirildiyini bildirib.
Son.az xəbər verir ki, səhər saatlarından başlayaraq 105 saylı Tovuz və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələrini əhatə edən seçki məntəqələrində səsvermə prosesini izləyən MDB-nin Müşahidə Missiyasının nümayəndəsi Ataqarayev Dyusenbay AZƏRTAC-a müsahibəsində səsvermənin tam şəffaf və demokratik keçdiyini, günorta saatlarınadək hər hansı qanun pozuntusuna rast gəlmədiyini deyib.
Mənbə: milli.az