Buffon: "O dünya futbolunun ən lazımlı oyunçusudur"


İdman 11 Apr 2018 14:00:00 267 0

Buffon: "O dünya futbolunun ən lazımlı oyunçusudur"

Juventus-un qapıçısı Canluici Buffon Real-la Çempionlar Liqasının 1/4 final cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.

Goal.az xəbər verir ki, təcrübəli qolkiper mümkün qədər çıxış etmək istədiklərini bildirib: “Çalışırıq ki, öz oyunumuzu göstərək və lazımi nəticəni əldə edək. Ronaldo heç bir zəif nöqtəsi olmayan futbolçudu. Dünya futbolunun ən lazımlı və həlledici oyunçusudu. İstədiyi vaxt qol vurub, fərqini ortaya qoya bilir”

Buffon sürpriz nəticə göstərə biləcəklərinə olan inamını da ifadə edib: “Tarixdə çoxlu inanılmaz “come-back”lər olub. Həyatda həmişə imkansızı eləməyə çalışmaq lazımdır. Bu çox önəmli faktordur”

Qeyd edək ki, iki komanda arasındakı ilk matç ispanların 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.