Klopp: "Barcelona-nın məğlubiyyətini eşidəndə zarafat olduğunu düşündüm"


İdman 11 Apr 2018 13:34:00 293 0

Klopp: "Barcelona-nın məğlubiyyətini eşidəndə zarafat olduğunu düşündüm"

Liverpool-un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasaının 1/4 final mərhələsində səfərdə Manchester City-yə 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəldikləri oyundan sonra açıqlama verib.

Goal.az xəbər verir ki, almaniyalı mütəxəssis mərhələ adlamağa layiq olduqlarını dilə gətirib:

"Ən güclü Manchester City-ni gördük. Möhtəşəm müdafiə oldunduğumuz anlar oldu. Məhəmməd Salahın qolu matçın qırılma anı oldu. Mərhələ adlamağa layiq idik. Daha yaxşı ola bilərik".

Klopp Roma-nın 1/4 finalda Barcelona-nı mübarizədən kənarlaşdırmasına da münasibət bildirib:

Paltardəyişmə otağına gedirdim. Pilləkənlərdən enəndə mənə Barcelona-nın mübarizəni dayandırdığını söylədilər. Zarafat etdiklərini düşündüm. Təbii ki, Roma-ya hörmətsizlik etmirəm. Salahı itirmələrinə baxmayaraq, yarımfinala yüksəldilər. Çok böyük uğurdur".