Bacı və qardaşın öldüyü hadisə barədə RƏSMİ MƏLUMAT


Digərləri 11 Apr 2018 13:15:00 234 0

Bacı və qardaşın öldüyü hadisə barədə RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Goranboyda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Son.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 10-da saat 13 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə sakinləri Sahib Abdullayevin idarə etdiyi "VAZ-2107" və Elmar Tağızadənin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə S.Abdullayev və sərnişinlərindən bacısı Cəmilə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.