Qarabağ-dan Roma-ya təbrik: "Bizi məğlub etmək Barcelona-nı udmaqdan çətindir"


İdman 11 Apr 2018 13:15:00 274 0

Qarabağ-dan Roma-ya təbrik: "Bizi məğlub etmək Barcelona-nı udmaqdan çətindir"

Çempionlar Liqasının 1/4 final mərhələsində Roma ilk matçda 1:4 hesabıyla məğlub olduğu Barcelona-nı qəbul edib. "Canavarlar" qonaqlara 3:0 hesabıyla qalib gələrək yarımfinala adlayıb.

Goal.az xəbər verir ki, İtaliya klubuyla qrup mərhələsində rəqib olmuş təmsilçimiz Qarabağ Roma-nı qələbə münasibətiylə təbrik edib. Ağdam klubunun rəsmi "Facebook" səhifəsində bu statusu paylaşılıb:

"Bizi məğlub etmək Barcelona-nı udmaqdan çətindir. Təbriklər əziz dostumuz, Roma.

Qeyd edək ki, Roma qrupu lider kimi başa vurmuşdu. İtaliya təmsilçisi Bakıda 2:1, Romada 1:0 hesabıyla Qarabağ-a qalib gəlmişdi.