Knessetin deputatı: "Azərbaycan prezident seçkilərinin təşkili kimi vacib məsələnin öhdəsindən yüksək səviyyədə gəldi"


Siyasət 11 Apr 2018 12:58:23 252 0

Knessetin deputatı: "Azərbaycan prezident seçkilərinin təşkili kimi vacib məsələnin öhdəsindən yüksək səviyyədə gəldi"

Azərbaycan prezident seçkilərinin təşkili kimi vacib məsələnin öhdəsindən yüksək səviyyədə gəlib.

Son.az xəbər verir ki, bunu Trend-ə prezidenti seçkilərini müşahidə edən İsrail Knessetinin deputatı Konstantin Yoel Razvozov deyib.

Onun sözlərinə görə, missiya iki saat yarım ərzində bir neçə seçki məntəqəsində olub: "Deyə bilərəm ki, səsvermə prosesi hər hansı bir qüsur və ya pozuntu olmadan keçir. Fəallıq yüksək səviyyədədir və çoxlu müşahidəçilər var. Bütün bunlar onu bildirir ki, şəffaf seçkilərin keçirilməsi üçün düzgün təşkilatçılıq nəzərdə tutulub".

Deputat hesab edir ki, bir çox ölkələr Azərbaycanın prezident seçkilərini təşkil etmək təcrübəsindən yararlana bilər:

"Fikrimcə, mən də zəruri təcrübə əldə edəcəm və İsrailə qayıdanda seçki prosesinin təşkil olunması barədə təkliflər irəli sürə bilərəm".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.